Fibrobeton şüşə lifin əlavə edilməsi ilə yığılan konstruksiyalar öz gözəllikləri və möhkəmlikləri hesabına tikinti mühəndisliyi sahəsində geniş surətdə istifadə edilir.
Bizim panellərdə, həmçinin bütün məhsulların digər növlərində xüsusi olaraq beton konstruksiyalar üçün işlənib hazırlan- mış ən yüksək keyfiyyətli şüşə lifdən istifadə edilir.
Konstruksiyaların tökülməsi üçün istifadə edilən bütün çiləmə sistemləri İngiltərədən idxal olunur.
Fibrobeton izolyasiya edən fasad panelləri binaları digər tikililər arasından effektiv olaraq fərqləndirən hamar və dəqiq səthlərin əldə edilməsini təmin edir.
Lif ilə gücləndirilmiş Fibrobeton yanmayan və alışmayan materialdır, həmcinin tüstülənmə haqqında qabaqcadan xəbərdar edir.
Fibrobeton izolyasiya edən fasad panelləri bizim istehsal müəssisələrində tikililər üçün xüsusi olaraq işlənib hazırlanan layihələrə müvafiq olaraq istehsal edilir.
İstehsal prosesi qəliblərin (şablonların) hazırlanması, karkasın qurulması, töküm, izolyasiyanın yerinə yetirilməsi və quraşdırma mərhələlərindən ibarətdir.