Müəssisə “CONSTRUCTION AND INDUSTRY” 03 aprel 2007-ci ildə yaradılmışdır. 29 iyun 2020-cu ildən “ASG Business Aviation” MMC-nin “CONSTRUCTION AND INDUSTRY“ filialı kimi fəaliyyət göstərir.
Müəssisə təmir-tikinti işlərinin ən geniş spektrinin istehsalı üzrə ixtisaslaşıb. Filialın mütəxəssisləri Heydər Əliyev Beynəlxalq Hava limanının müxtəlif tikinti layihələri və abadlaşdırılması üzrə (o cümlədən xüsusi texnika üçün yuma məntəqəsinin tikintisi, kabel kommunikasiyası, “Texniks” аvtobaza kompleksi, laboratoriya binasının əsaslı təmiri, “ОSS” əməliyyat nəzarət mərkəzi və s.), Olimpiya Stadionu, Dövlət Bayrağı Meydanı, Bakı şəhəri, Zabrat hava limanı və Gəncə şəhərinin çoxsaylı tunel qovşaqları, Türkan qəsəbəsində internat, həmçinin Bakı şəhərinin yollarında bardürlərin quraşdırılması işlərinə cəlb edilmişlər.
2008-ci ildən alınmış avropa texnikası bazası əsasında müəssisə beton istehsalı üzrə müasir qovşağın istismarı- na başlayıb. Burada müxtəlif markalı beton buraxılır. Qovşaq üç ədəd pompa maşını və beton daşınması üçün on ədəd “Mercedes” markalı xüsusi avtomaşınla (mikser), eləcə də lazım olan bütün müasir texnika ilə təchiz edilmişdir. Qovşağın tərkibində avstriya avadanlığı bazası əsasında bardür və səki plitələrinin buraxılması üzrə istehsal fəaliyyət göstərir
2010-cu ildən müəssisə britaniya texnologiyası üzrə genişmiqyaslı fibrobeton məhsullarının istehsalına başlayıb. Respublikada bu yeni istehsaldır (yalnız Zaqafqaziyada) və onun məhsulları patent bürosunda bizim şirkətin adı ilə qeydiyyat- dan keçib. Burada həmçinin, pəncərə və qapı PVC blokları, böcəklərə qarşı torlar, mühafizə jalüzləri, hərəkət edən darvaza seksi- yaları istehsalı yaradılıb. Bu günə qədər yerindəcə 150.000 kvadrat metr fibrobeton məhsulları hazırlanıb və quraşdırılıb (“Akkord” şirkəti, “Аzvirt”, “Gəncə Кörpü Tikinti”, Prezidentin İşlər İdarəsi, “Renesans”, “Paşainşaat” və s.).
Müəssisə mütəmadi olaraq öz texnologiya parkını yeniləyir, yeni istehsal və texnika əldə edir. Fasad və vitraj alüminium məmulatlarının buraxılması üzrə istehsal işə salınıb (Belçika avadanlığı şirkəti “Reynars”). Çox sayda xüsusi texnika (teleskopik platforma, pnevmatik qaldırıcılar, ekskavatorlar, kompressorlar və s.) əldə edilib.
2021-ci ildə müəssisə sertifikatlaşdırma prosedurunu uğurla keçmiş və ISO 9001:2015 və OHSAS 18001-2007 beynəlxalq sertifikatı almışdır.